AZ

Uşaqların məktəbə gec göndərilməsi təhsil hüququnun gec həyata keçirilməsinə səbəb olur - Nurlan İsmayılbəyli

Bakı.Trend:

Azərbaycan Respublikasında ibtidai təhsil qanunvericiliyə əsasən6 yaşdan başlayır.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlanismayılbəyli deyib.

Onun sözlərinə görə, uşağın məktəbə gec göndərilməsi təhsilhüququnun gec həyata keçirilməsinə səbəb olur:

"8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərditəhsil formasında təhsilə cəlb olunurlar. Bu isə onları birlikdəöyrənmə mühitindən, sosiallaşma imkanlarından və məktəb mühitininəsas üstünlüklərindən məhrum edə bilər. Fərdi təhsil yalnız ibtidaivə ümumi orta təhsil səviyyələrində, müəyyən yaş çərçivəsindətəşkil olunur və həftədə 4 gün keçirilir.

Bu formaya əsasən, ibtidai təhsildə fərdi təhsilə 9–15 yaşlıuşaqlar cəlb olunur, ümumi orta təhsil səviyyəsində isə VIII sinfibitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestatala bilərlər".

"Uşaqların təhsilə vaxtında başlaması onların intellektual,sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkənbaşlayan təhsil daha səmərəli nəticələr verir", - N.İsmayılbəyliqeyd edib.

Seçilən
50
7
az.trend.az

10Mənbələr