AZ

Birinci sinfə qəbul prosesində 121 min uşağın qeydiyyatı tamamlanıb

Uşaqların birinci sinfə qəbulu uğurla davam edir. İndiyədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb.

Operativ Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə bildirib.

Qeyd olunub ki, prosesin elektron qaydada aparılması şəffaflığın təmin olunmasına şərait yaradır.

2025–2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesinə mayın 6-da start verilib. Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet qaydada həyata keçirilib.

Seçilən
36
15
operativmedia.az

10Mənbələr