AZ

AMB iki elektron pul təşkilatına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir ki, “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verilib. Belə ki, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.

Seçilən
44
14
metbuat.az

10Mənbələr