AZ

Birinci sinfə qəbul olan uşaqların sayı açıqlanıb

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, bunu bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən brifinqdə deyib.     

 

“2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib. Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsilmüəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər", - şöbə müdiri qeyd edib.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
6
20
sfera.az

10Mənbələr