İsrailin paytaxtı Təl-Əvivdə çimərlikdə soyunub-geyinmə otaqlarında azyaşlı qızların fotolarını çəkdiyi iddiası ilə saxlanılan Türkiyə vətəndaşının qeyd olunduğu kimi diplomat olmadığı bildirilir.
Publika.az xəbər verir ki, İsrail mətbuatının polis mənbələrinə istinadən verdiyi məlumata görə, Türkiyə səfirliyinin əməkdaşı 29 yaşlı Ömər Sefa K. iyulun 27-si nəzarətə götürülüb.
“BBC Türkcə”yə danışan diplomatik mənbələr şübhəlinin diplomat olmadığını və dəftərxana binasının köçürülməsi zamanı müvəqqəti təyinat aldığını bildiriblər: "İddialar var. Bunların aydınlaşdırılması vacibdir. Lazım gələrsə, Türkiyədə araşdırma aparılacaq".
Diplomatik mənbələr Türkiyənin Təl-Əvivdəki səfirliyinin bütün Türkiyə vətəndaşlarına olduğu kimi şübhəli şəxsə də konsulluq xidmətləri göstərdiyini bildirib.