Bakı.Trend:
121 min uşağın birinci sinfə qəbulu tamamlanıb
Trend xəbərverir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkilişöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, 2025-2026-ci tədris ili üzrə uşaqların 1-cisinfə qəbul prosesinə mayın 6-da start verilib.
O bildirib ki, indiyədək 121 min uşağın birincə sinfə qəbuluyekunlaşıb:
"Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritettətbiq olunmaqla həyata keçirilib. Hazırda hər bir kəsməktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəbvə müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan vədigər dillərdə aparılan ümumitəhsilmüəssisələrinə sorğularınıyerləşdirə bilər".
"Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzindəsorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdimedə bilərlər",, - N.İsmayılbəyli qeyd edib.