2025-ci il ərzində 3 500 nəfər pedaqoji heyətin müxtəlif təlimlərə cəlb olunması planlaşdırılır.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. Şöbə müdiri indiyədək təlimlərdə iştirak edən müəllimlərin sayı barədə məlumat verib: "Ümumilikdə isə bu günə qədər 10 000-dən çox pedaqoq bu təlimlərdə iştirak edib. Bu təlimlər müəllimlərin metodiki biliklərini artırmaq və tədrisin keyfiyyətini yüksəltmək məqsədi daşıyır".O qeyd edib ki, məktəbəqədər təhsilin keyfiyyətinin artırılması Agentliyinin əsas prioritet istiqamətlərindən biridir. Bu mərhələ uşaqlarda 0–5 yaş arası dövrdə gələcək inkişaf üçün zəruri olan bacarıq və vərdişlərin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Buna görə də bağçalarda çalışan pedaqoji heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır.Sevinc İbrahimzadə / Metbuat.az