AZ

Skuterlər düzgün istifadə edilmədikdə ciddi xəsarətə səbəb ola bilər - Travmatoloq-ortoped

Bakı. Trend:

Skuter və skeytbord sürən uşaqlar üçün təhlükəsizlik qaydalarıçox vacibdir, çünki bu vasitələr düzgün istifadə edilmədikdə ciddixəsarətə səbəb ola bilər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya vəOrtopediya İnstitunun travmatoloq-ortopedi İlham Şıxbabayevaçıqlayıb.

Onun sözlərinə görə, son bir ay ərzində 48 nəfər motosiklet,moped və skuter qəzası nəticəsində Səhiyyə Nazirliyi Elmi-TədqiqatTravmatologiya və Ortopediya İnstitutuna müraciət edib:

“Skuter qəzası ilə gətirilən şəxslərdən 12 nəfərin vəziyyətiağır olub və onlar dərhal əməliyyat olunublar. Əsasən çoxsaylısınıqlar və travmatik yaralanmalar müşahidə olunub. Digərlərinə isəilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

İ.Şıxbabayev bildirib ki, əsas təhlükəsizlik qaydalarına düzgünqoruyucu vasitələrdən istifadə etməsi olduqca vacibdir. Qoruyucuvasitələrə dəbilqə (ən vacib qoruyucu vasitədir, baş zədələrininqarşısını alır), dirsək, diz və bilək qoruyucuları, əlcəklər,gözlüklər və s. aiddir.

“Geyimlər rahat olmalı, rahat hərəkət etməyə imkan verməlidir.Qapalı və rezin altlıqlı idman ayaqqabıları geyinilməlidir.İstifadə olunan ərazi düzgün seçilməlidir. Təhlükəsiz yer seçilməlivə yer səthi hamar olmalıdır, maneələr olmamalıdır. Sürətə nəzarətvə sürətli sürməkdən çəkinilməlidir. Sürməkdən əvvəl mütləq sürməyiöyrənmək üçün təlim keçməlidirlər. Uşaqların yaşına və fizikiimkanlarına uyğun avadanlıq seçilməldir. 8 yaşına qədər uşaqlaryalnız böyüklərin nəzarəti altında bu kimi vasitələrdən istifadəetməlidir. İnsanların çox olduğu, nəqliyyat vasitələrin hərəkətetdiyi, qaranlıq yerlərdə sürmək olmaz. Skuter və skeytbordsürərkən qulaqlıqlardan və telefondan istifadə etməkqadağandır”.

Travmatoloq qeyd edib ki, belə vasitələrdən istifadə zamanıyıxılan uşaqlara yerində ümumi qaydalara uyğun ilkin tibbi yardımgöstərilməli, ciddi bir travma alıbsa, mütləq təcili yardımçağırılmalı və dərhal xəstəxanaya çatdırılmalıdır:

“Ümumi təhlükəsizlik qaydalarına əməl etmədikdə bəzən cidditravmalar müşahidə olunur. Travma alan şəxsin birinci huşu aydınolub-olmaması, açıq yaranın, ətraflarda deformasiyanınolub-olmamasına diqqət yetirilməli və uyğun tədbirlərgörülməlidir”.

Seçilən
21
1
az.trend.az

2Mənbələr