AZ

Bağçalarda pedaqoji heyətin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam edir

Məktəbəqədər təhsildə keyfiyyətin artırılması Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əsas prioritet istiqamətlərindəndir. 

AzEdu.az xəbər verir ki, bu barədə Agentliyin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məlumat verib.

O bildirib ki, bu il ərzində 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlb olunması nəzərdə tutulur.

“İndiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib. 2024-cü ilin oktyabr ayında keçirilən diaqnostik qiymətləndirmədə isə 11 200 nəfər iştirak edib və onların 56 faizi 30 və daha yüksək bal toplayıb.

Məktəbəqədər təhsil liderlik proqramı” çərçivəsində 100 nəfər beş modullu təlim proqramını tamamlayıb, onların bir hissəsi hazırda müdir və metodist kimi fəaliyyət göstərir".

Seçilən
67
azedu.az

1Mənbələr