Qəzzadakı Səhiyyə Nazirliyi aclıq və qida çatışmazlığından son ölümlərlə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən son 24 saatda biri uşaq olmaqla 7 ölüm hadisəsinin qeydə alındığı bildirilib.
Qeyd edək ki, İsrailin aclığa sürüklədiyi Qəzzada aclıq və qida çatışmazlığından ölənlərin sayının 7 oktyabr 2023-cü ildən bu yana 154-ə yüksəldiyi, onun 89-nun uşaq olduğu da vurğulanıb.