AZ

Bu il 41 bağça müdiri işdən çıxarılıb

Bakı.Trend:

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədərtəhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb.

Trend xəbərverir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilintəşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, bu sənədə əsasən 150 bağçada daxilikeyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyatakeçirilib:

"Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrəmonitorinqlərin davam etdirilməsi planlaşdırılır"

O qeyd edib ki, Agentlik və yerli təhsili idarəetməorqanlarıtərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetməsistemi, pedaqoji proseslər və inzibatiişlər yoxlanılır:

"2025-ci ilin yanvar ayından etibarənmüxtəlif səbəblərə görə 41müdir işdən çıxarılıb və100-dən çox müdirə inzibati tədbirlərtətbiq olunub".

Seçilən
16
37
az.trend.az

10Mənbələr