Bakı. Trend:
Uşaq travmaları ilə bağlı müraciətlərə daha çox isti aylarda –yaz və yay aylarına təsadüf edilir.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında canlı yayımda nazirliyin Elmi Tədqiqat Travmatologiya vəOrtopediya İnstitunun travmatoloq ortopedi İlham Şıxbabayevaçıqlayıb.
Onun sözlərinə görə, ilin soyuq aylarında uşaqlarda daha çoxməişət travmalarına rast gəlinir:
“Ümumi müraciətlərin sayı isə digər aylara nisbətən azalır.Bunun səbəbi isə uşaqlarda qeyd etdiyim zamanlarda fizikiaktivliklə daha çox əlaqəlidir. İlin isti vaxtlarında uşaqlardafiziki aktivlik artır və təbii olaraq müəyyən travmalara daha çoxrast gəlinir. Həmçinin, məktəbli uşaqlarda tətil vaxtlarındatravmalarla əlaqədar müraciət sayı artır”.
Travmatoloq bildirib ki, xüsusilə noyabr-fevral ayları arasındauşaqların daha çox evdə vaxt keçirməsi ilə əlaqədar travmalarınsayı bir qədər azalır:
“Bu fəsildə uşaqlar daha çox məişət xəsarətləri (yıxılma, kəskinalətlərlə xəsarət, yanıq və s.) ilə müraciət edirlər. Lakin, ümumimüraciətlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur və budövrdə uşaq travmalarının ümumi müraciətlərdəki payı 25–30% təşkiledir.
Travmatoloq-ortopedlər üçün mövsümə uyğun profilaktiktədbirlərin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması vəvalideynlərin diqqətinin bu mövzuya yönəldilməsi mühüm əhəmiyyətkəsb edir. Məktəb və bağçalarda, yay düşərgələrində təhlükəsizlikqaydalarının təbliği, həmçinin açıq havada uşaqlar üçün təhlükəsizmühitin yaradılması travma hallarının qarşısını almaqda mühüm roloynaya bilər”.