AZ

Azərbaycanda 11 yeni bağça fəaliyyətə başlayacaq

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər  təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bu gün keçirilən brifinqdə deyib.  

   

O bildirib ki, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
58
14
sfera.az

10Mənbələr