AZ

Milli Qəhrəman adından imtina edən qazi vəfat etdi

Birinci Qarabağ müharibəsinin tanınmış döyüşçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov vəfat edib.

NOCOMMENT.az xatırladır ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

O, I Qarabağ müharibəsi zamanı Füzuli Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət edib.

Asif Məmmədov Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Azərbaycanın Milli Qəhrəmanları – Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olub. I Qarabağ müharibəsi veteranı olmasına, həmin savaşda göstərdiyi şücaətlərə rəğmən, torpaqlar işğaldan azad olunmadığı üçün Milli Qəhrəman adından imtina edib.

Allah rəhmət eləsin!

P.S.  Döyüş fotolarında soldan birinci Asif Məmmədov, soldan ikinci isə Milli Qəhrəman Pəhlivan Fərzəliyevdir.\\News24.az

Seçilən
29
3
nocomment.az

4Mənbələr