AZ

Məktəbəqədər təhsildə optimallaşdırma həyata keçirilir -

Dövlət məktəbəqədər təhsil müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. "Növbəsi olmayan və istifadəsiz qalan qruplar bağlanaraq, ehtiyac olan sahələrdə yeni qrupların yaradılması təmin olunur. Bu tədbirlər nəticəsində ilkin mərhələdə 448 uşaq əlavə təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın bu prosesə qoşulması proqnozlaşdırılır".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
32
metbuat.az

1Mənbələr