Tovuzda iki nəfərin ağır xəsarətı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Chevrolet" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri 1968-ci il təvəllüdlü Aslan Süleymanov və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Kəmalə Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta