AZ

Dövlət Turizm Agentliyi maliyyə hesabatlarında təhriflərə yol verib

BAKI, 30 iyul. TELEQRAF

2021-2024-cü illər ərzində Dövlət Turizm Agentliyinin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmayıb, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilib. Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının agentlikdə keçirdiyi 2021-2024-cü illəri əhatə edən auditin nəticələrində qeyd olunub.

Məlumata görə, auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.

Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.

Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərmiş və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr