TBİLİSİ, 30 iyul. TELEQRAF
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze olacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Bildirilib ki, partiyanın mətbuat xidməti məlumatı rəsmən təsdiqləyib.
Qeyd olunub ki, K.Kaladzenin namizədliyi sabah rəsmi olaraq irəli sürüləcək.
Xatırladaq ki, K. Kaladze Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib. Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-nə təyin edilib. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.