AZ

3500 nəfər pedaqoji heyət təlimlərə cəlb olunacaq

Bu il 3500 nəfər pedaqoji heyətin təlimlərə cəlbolunması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib.

O qeyd edib ki, indiyədək ümumilikdə 10 000 nəfər bu təlimlərdə iştirak edib. “Məktəbəqədər təhsil liderlik proqramı” uğurla həyatakeçirilib. Pedaqoji liderlik və idarəetmə sahələriniəhatə edən 5 modul üzrə keçirilən proqramı 100 nəfər tamamlayıb. Onların təxminən yarısı hal-hazırda müdirvə metodist kimi fəaliyyət göstərir. 2024-cü ilin oktyabr ayında məktəbəqədər təhsilmüəssisələrində çalışan tərbiyəçi-müəllimlər vəmetodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmədə 11 200 nəfər iştirak edib. Onların56%-i 30 və daha yüksək bal toplayıb. Bu nəticələrəsasında təlim proqramlarının məzmununda yeniliklərplanlaşdırılır. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərənpedaqoji heyətin sertifikatlaşdırılması prioritetistiqamətlərdən və tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımdan əsas meyarlardan biridir. 2026-cı ilin sonunadək məktəbəqədər təhsilmüəssisələrində çalışan pedaqoji heyətinsertifikasiyadan keçirilməsi nəzərdə tutulur.

Seçilən
68
2
teleqraf.com

10Mənbələr