AZ

Yeni tədris ilində 58 min uşağın bağçalara qəbul ediləcəyi gözlənilir

2025-2026-cı tədris ilində ümumilikdə 58 min 500 uşağın bağçalara qəbul ediləcəyi proqnozlaşdırılır.Metbuat.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, qeydiyyat prosesi 18 iyul tarixindən başlayıb və bu günə qədər artıq 32 min 381 uşağın qəbul edilməsi ilə bağlı valideynlərə SMS bildirişləri göndərilib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
8
metbuat.az

1Mənbələr