AZ

Meksika və kolumbiyalılar PUA-ların idarə edilməsində təcrübə qazanmaq üçün Ukrayna ordusuna qoşulurlar

Meksikalılar və kolumbiyalılar Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edərək FPV pilotsuz uçan aparatların idarə edilməsində təcrübə qazanmağa çalışırlar. Eyni zamanda, onların çoxu digər növ hərbi təlimlərdən də imtina edirlər.

Herbiand.az bildirir ki, bu barədə Fransanın “Intelligence Online” nəşri Meksika Milli Kəşfiyyat Mərkəzinə istinadən məlumat yayıb.

Məlum olub ki, təlim keçmiş muzdluların bəziləri Latın Amerikasına qayıdırlar. Burada onların cinayətkar təşkilatlarla, o cümlədən Meksikanın Los Zetas karteli və Kolumbiyada kölgə sektorunda fəaliyyət göstərən silahlı qruplarla əlaqələri var.

Nəşr Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsindən sitat gətirir: “Ukrayna təsadüfən FPV pilotsuz təyyarələri taktikasının inkişafı və daha da yayılması üçün sınaq meydanına çevrilib. Ucuz, lakin effektiv təyyarələri idarə etmək vərdişlərinə yiyələnmək cinayətkar sindikatların ödəməyə hazır olduğu əmtəəyə çevrilir”.

Jurnalistlər qeyd edib ki, operatorların təlimi çox vaxt birbaşa narkotik kartelləri tərəfindən maliyyələşdirilir. Ukraynada əldə edilən biliklər sonradan Latın Amerikası ölkələrində cinayət məqsədlərini həyata keçirmək üçün istifadə olunur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr