ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya qarşı strategiyasının işə yarayacağına əmin deyil.
Editor.az bu barədə “New York Times”a istinadla yazır.
“Ukraynadakı müharibəyə görə Rusiyanı maliyyə sanksiyaları ilə hədələdikdən sonra prezident Tramp çərşənbə axşamı bu strategiyanın işləyəcəyinə əmin deyildi”,- deyə müəlliflər yazıb.
Qeyd olunur ki, Tramp dəfələrlə Rusiyanı Ukraynaya hücumlarına görə cəzalandırmaqla hədələyib, lakin hələlik bunu etməyib.
Müəlliflər onu da vurğulayırlar ki, Trampın ultimatumu çətin ki, Rusiya liderinin münaqişə ilə bağlı mövqeyini dəyişsin.
//Gülnarə Abasova, Editor.az