İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İngiltərə klubu argentinalı oyunçusunu birbaşa satmaq əvəzinə başqa bir futbolçu ilə dəyişdirməyi üstün tutur.
Bu barədə “Independent” nəşri məlumat yayıb.
Əsas namizədlər arasında “Aston Villa”dan Olli Uotkins və “Çelsi”dən Nikolas Cekson yer alır. İddialara görə, Mançester təmsilçisi oyunçuların klubları ilə ilkin təmasa keçib.
Qeyd edək ki, Qarnaço Avropa Liqasının finalında Amorim tərəfindən start 11-likdə yer almadığı üçün klubdan ayrılmaq qərarı almışdı.
“Qalatasaray”da Morata problemi
“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib
Hakimlər üçün xüsusi təlim-məşq toplanışı başlayıb
Neymar “Santos”dan ayrıla bilər
"Qalatasaray" Barış Alper Yılmazla yeni müqavilə imzalayıb