İngiltərənin "Sanderlend" klubu, "Bayer"in yarımmüdafiəçisi Qranit Cakanın transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, transferin məbləği açıqlanmasa da, isveçrəli futbolçu ilə "Stadium of Light"da üçillik müqavilə imzalanılıb.
Son on ildə Caka "Arsenal"da böyük uğurlara imza atıb, İngiltərə Premyer Liqasının 225 oyununda iştirak edib və iki dəfə FA Kubokunu "Emirates" stadionunda qazanıb. Həmçinin, "Topçular"ın kapitanı olub.
2023-cü ildə "Bayer"ə keçdikdən sonra, Caka Xabi Alonso rəhbərliyində komandanın ilk Budezliq şempionluğunu və ikinci Almaniya Kubokunu qazanmasında mühüm rol oynayıb.
2024-cü ildə "Qızıl Top" mükafatında 16-cı yeri tutan Caka, 2020-ci ildən etibarən Şveçrə milli komandasının kapitanıdır. O, Şveçrənin milli komandasında ən çox oyun keçirən futbolçu olaraq 137 matçda iştirak edib.