Ukrayna Rusiya ilə Azərbaycan arasında mövcud fikir ayrılıqlarından faydalanmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Mariya Zaxarovanın sözlərinə görə, Ukrayna etnik nifaq və düşmənçilik yaratmaq üçün Rusiya Federasiyası ilə Azərbaycan arasında mövcud fikir ayrılıqlarından istifadə edir.
Zaxarovanın sözlərindən belə çıxır ki, Rusiyanın az qala bütün şəhərlərində azərbaycanlılara qarşı amansız polis zorakılığını Ukrayna törədirmiş.