“Qarabağ”ın transfer siyahısında yer alan hücumçulardan daha biri Azərbaycana gələsi olmayıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsveçrənin “Aaurau” klubunda oynayan Yannik Tureni heyətinə qatmaq istəyib.
Lakin 24 yaşlı forvard Xorvatiyanın “Osiyek” klubuna keçməyə üstünlük verib.
Seneqal əsilli isveçrəli “ağ-mavilər"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu “Yanq Boyz”, “Vill 1900” və “Tun” klublarında çıxış edib.
“Sabah” - “Petrokub” oyununa satılan biletlərin sayı açıqlanıb
"Səbail"dən Mərakeş klubuna
“Neftçi” Lüksemburq millisinin futbolçusunu transfer edib
DÇ-2026: püşkatmanın vaxtı və məkanı məlum olub
"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək