AZ

Mərkəzi Bank iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Greentek Group" və "A-Solutions" MMC-lərə icrası məcburi olan göstəriş verilib.

Valyuta.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Həyata keçirilən cari nəzarət tədbirləri zamanı hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları apardığı müəyyən edilib.

Bu səbəbdən AMB həmin təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verib.

Seçilən
11
14
valyuta.az

10Mənbələr