AZ

Dortmund "Borussiya"sı İngiltərə klubunun futbolçusunu transfer etməkdə maraqlıdır

Dortmund "Borussiya"sı İngiltərə təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossarı transfer etməkdə maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

30 yaşlı belçikalının "Arsenal"dakı gələcəyinin qeyri-müəyyən olduğu bildirilib. Futbolçu ilə adları açıqlanmayan daha iki ingilis klubu maraqlanır.

Qeyd edək ki, Trossar 2024/2025 mövsümündə "Arsenal"ın heyətində bütün turnirlərdə 56 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.

Seçilən
24
report.az

1Mənbələr