Bunu Demokrat.az-a açıqlamasında psixoloq Məleykə İsmayılova deyib.
"Əlbəttə ki, müəyyən yaşa qədər uşaq oyunla inkişaf edir. Oyunun içində bu obrazlar uşağa tanıdılarsa, ondan sonra gələcək seçimlərinə də, fiziki, psixoloji inkişafına normal təsir edə bilər. Əgər uşaqlar oyunlar oynayıb, videolar izləyib, silahları da o şəkildə istifadə etmə öyrəncəliyinə malik olurlarsa, məsələn, "onla mütləq şiddət göstərməlisən", "adam ödürməlisən", "öldürmək yaxşı bir şeydir" kimi kadrlar uşaqların şüuraltısına yerləşdirilirsə, əlbəttə ki, bu təhlükə ola bilər. Yaxşı olar ki, hardasa 7-8 yaşa qədər uşaqların bu oyuncaqlardan istifadəsi böyüklərin nəzarəti, izahları altında olsun. Videolardan, kompüter oyunlarından öyrəndikləri vəhşilikləri, dağıdıcı destruktiv davranışları bu silahlar üzərindən istifadə etməyi öyrənməsinlər, şiddətə meyillənməsinlər".
Əfsanə Kamal
Demokrat.az