AZ

Meşə yanğınlarında 13 şəhərdə 407 ev zərər görüb - Ali Yerlikaya

BAKI, TurkicWorld

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, ölkə üzrə yay aylarında baş verən meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya X sosial media hesabından paylaşım edib.

Nazir bildirib ki, 1 iyun 2025-ci il tarixindən etibarən 13 vilayətdə aparılan qiymətləndirmə nəticəsində 407 yaşayış evi, 17 iş yeri və 96 tövlənin yandığı və ağır ziyan gördüyü müəyyən olunub.

Nazirin paylaşdığı məlumata görə, ən çox zərər görən bölgələrdən biri İzmir olub. Bu vilayətdə:

  • 288 bina,
  • 252 yaşayış evi,
  • 13 iş yeri,
  • 27 tövlə ağır zərər görüb.

Bilecikdə isə:

  • 134 bina,
  • 75 yaşayış evi,
  • 3 iş yeri,

33 tövlə istifadəyə yararsız hala düşüb.

Ziyan dəyəri aşağıdakı vilayətlər üzrə də qeyd olunub:

  • Hatay: 4 bina, 1 tövlə
  • Çanakkale: 2 ev, 6 tövlə
  • Tekirdağ: 1 ev, 11 tövlə
  • Sakarya: 7 ev, 2 tövlə
  • Karabük: 45 ev, 3 tövlə

Antalya, Ankara, Uşak, Mersin, Bursa və Kahramanmaraş vilayətlərində də az miqdarda zərər qeydə alınıb.

Nazir Yerlikaya, ziyan çəkmiş bölgələrə bu günə qədər 128 milyon 470 min TL məbləğində yardım vəsaiti ayrıldığını açıqlayıb. Yardımlar aşağıdakı şəkildə bölüşdürülüb:

  • İzmir: 295 ev üçün 40,57 milyon TL
  • Bilecik: 69 ev üçün 35,66 milyon TL
  • Manisa (Akhisar): 5 ev üçün 1,67 milyon TL
  • Hatay: 71 ev üçün 2,23 milyon TL
  • Çanakkale: 10 ailəyə 800 min TL
  • Karabük: 36 ailəyə 1,83 milyon TL
  • Sakarya: 4 ailəyə 495 min TL

Yanğınlardan zərər çəkmiş və evsiz qalan vətəndaşların müvəqqəti yerləşdirilməsi üçün ümumilikdə 105 konteyner bölgələrə göndərilib. Bunlardan:

  • İzmir: 26 ədəd
  • Bilecik: 27 ədəd
  • Sakarya: 3 ədəd
  • Karabük: 7 ədəd konteyner qurularaq istifadəyə verilib.

Ümumilikdə 63 konteynerin quraşdırılması başa çatıb.

Seçilən
30
turkic.world

1Mənbələr