AZ

Rusiya Kiyevə zərbə endirib

Ajans.az xəbər verir ki, Rusiya hərbçiləri Kiyev yaxınlığında, Çerniqov vilayətinin Kozeletsk rayonu, Desna kəndində yerləşən Ukrayna Silahlı Qüvvələrinin (USV) təlim mərkəzinə zərbə endirib. Telegram kanalı "Yuqrniy Rubeç"in məlumatına görə, bu təlim mərkəzi 169-cu quru qoşunlarının tədris mərkəzinin batalyon-taktiki qrup hazırlığı düşərgəsi olub və dəqiq zərbə “İskəndər” operativ-taktiki raket kompleksi ilə vurulub.

Məlumatda qeyd edilir ki, zərbə axşam saatlarında endirilib, həmin vaxt USV döyüşçüləri düşərgədə olublar. Düşərgə meşəlik ərazidə yerləşib və təxminən 15 çadırdan ibarət olub, hər çadırda 40 nəfər yerləşə bilirmiş.

Seçilən
3
Ajans.az

1Mənbələr