AZ

Hesablama Palatası: Qoruqların təmizliyi üçün qanunsuz 835 min manat ödənilib

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən Dövlət Turizm Agentliyində həyata keçirilmiş audit zamanı qoruqlarla bağlı ciddi maliyyə uyğunsuzluğu aşkar edilib.

“Report” Palataya istinadən xəbər verir ki, audit 2021–2024-cü illəri əhatə edib və əsas məqsəd dövlət vəsaitinin idarə olunmasının qanunvericiliyə uyğunluğunu qiymətləndirmək olub.

Araşdırma zamanı məlum olub ki, Qoruqları İdarəetmə Mərkəzinin nəzdindəki 4 qoruqda həyata keçirilən zibil və xəzəl yığımı, tullantıların daşınması, ərazilərin təmizlənməsi, ağacların əkilməsi və budanması kimi təsərrüfat işləri həmin qoruqların öz vəsaiti hesabına aparılmalı olduğu halda, bu işləri Dövlət Turizm Agentliyi maliyyələşdirib.

Nəticədə, auditlə əhatə olunan dövrdə bu məqsədlə ümumilikdə 835,5 min manat büdcə vəsaiti ödənilib.

Hesablama Palatası bu halı büdcə vəsaitindən təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirib və dövlət vəsaitinin səmərəsiz xərclənməsi hallarından biri kimi qeyd edib.

Seçilən
24
50
report.az

10Mənbələr