Avstriyanın NATO-ya üzvlük məsələsini müzakirə edilə bilər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu məsələni dəyərləndirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avstriyanın əbədi neytrallığı qorumalı olduğunu xatırladıb.
Diplomat müstəqil və demokratik Avstriyanın bərpası haqqında 1955-ci il mayın 15-də Sovet İttifaqı, Böyük Britaniya, ABŞ və Fransa tərəfindən imzalanmış müqavilədən danışdı. Bu müqavilədən əvvəl də həmin ilin aprelində imzalanmış Moskva Memorandumu Avstriyanın əbədi neytrallığını qoruyub saxlamaq öhdəliyini təmin edir.
"Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri bu cür bəyanatlarla öz ölkəsinin əhalisini təhqir edir, vətəndaşlarının böyük əksəriyyəti, yəni 70 faizdən çoxu bloklara qoşulmamaq statusunun saxlanmasının tərəfdarıdır", - Zaxarova qeyd edib.