AZ

“Ukrayna Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən istifadə etməyə hazırlaşır” - Zaxarova

“Ukrayna Rusiya ilə Azərbaycan arasındakı ziddiyyətlərdən millətlərarası zəmində nifrət yaratmaq üçün istifadə etməyə hazırlaşır”.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, “Rusiyadan pullu qaçanların” təxribat döyüşlərindən istifadə etməsi planlaşdırılır.

 O bildirib ki, bu təxribatçılar Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına və mədəniyyət obyektlərinə qarşı təxribat törədəcəklər.

"İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumatlar yayılacaq", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr