"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhləsindəki rəqibi "Aris" futbolçusu Filip Sidklevlə vidalaşıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı isveçli qolkiper "Əl-Biddə"yə (Qətər) keçib. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Sidklev 2024-cü ildən "Aris"də oynayırdı.
Xatırladaq ki, "Araz-Naxçıvan"la "Aris" arasında cavab matçı sabah oynanılacaq. Bu komandaların ilk görüşündə "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazanıb.