AZ

İcarədən qayıdan müdafiəçi ilə MÜQAVİLƏNİ POZDULAR

«Sabah»ın vidalaşdığı oyunçuların syiahısı genişlənib.

Ölkə kubokunun sahibi Fəxri Məmmədli ilə sağollaşıb.

«Bayquşlar» 2 illik müqaviləsi olan müdafiəçi ilə kontraktı qarşılıqlı razılıq əsasında pozub.

Sol cinah oyunçusu ötən mövsümü icarə əsasında «Şamaxı»da keçirib.

Əyalət təmsilçisinin heyətində 11 matça çıxan və 1 qol vuran gəncı «Sabah»ın yeni baş məşqçisi Valdas Dambrauskas öz sərəncamında görmək istəməyib.

Konfrans Liqasında çıxışını davam etdirən klub bu yay Şakir Seyidov, Con İrasabal, Namik Ələskərov, Vinsent Till, Sofian Çakla və Rauf Rüstəmli ("Sumqayıt"a icarəyə verilib) ilə yollarını ayırıb.

SPORTİNFO.AZ

Seçilən
10
sportinfo.az

1Mənbələr