"Sanderlend" klubu Qranit Cakanı transfer edib.

Offsideplus.az xəbər verir ki, İsveçrə yığmasının kapitanı ilə 3 illik müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı açıqlama verib.

Premyer Liqa klubu təcrübəli futbolçunun sabiq klubu "Bayer"ə bu keçid üçün 20 milyon avro ödəyib.

"Sanderlend" bu mövsüm yenidən Premyer Liqaya qayıdıb. Onlar son 2016/17 mövsümündə əsas divizionda mübarizə aparmışdı