AZ

Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb

Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın üç tərəfdarı Yerevanda keçirilən aksiyada saxlanılıb. Bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, fəallar şəhər körpülərindən birində “Siyasi məhbuslara azadlıq” yazılmış plakat asıblar.

Qalstanyan və onun bir neçə tərəfdarı əvvəllər hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq həbs edilib.

İstintaq bildirir ki, onların üzərindən elektrik xətlərini və internet rabitəsini sıradan çıxarmağa yararlı yanıcı maddələr aşkarlanıb.

N.Təbrizli

Seçilən
34
anews.az

1Mənbələr