AZ

Hesablama Palatası Dövlət Turizm Agentliyində nöqsanlar aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üçün İşPlanına əsasən Azərbaycan Respublikasının Dövlət TurizmAgentliyində (Agentlik) həyata keçirdiyi kənar dövlət maliyyənəzarəti tədbiri dövlət vəsaitinin və digər dövlət əmlakının idarəolunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədidaşıyıb. Audit 2021-2024-cü illəri əhatə edib.

Trend HesablamaPalatasına istinadən xəbər verir ki, auditlə aşağıdakılar müəyyənolunub:

✔ Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindənayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyintabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi iləbağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digərqurumlara ötürülməsi hallarına rast gəlinmişdir.

✔ “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqındaƏsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrəmütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, AzərbaycanTurizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMCKREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramıntərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrəəsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcəvəsaiti ödənilmişdir.

✔ Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən330,0 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatınıntələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatınparaqrafları üzrə xərclənməmişdir.

✔ Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğununərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarınınyığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi,budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalmamüqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabınaaparılmalı olduğu halda Agentlik tərəfindən auditlə əhatə olunandövr ərzində 835,5 min manat məbləğində vəsait ödənilmişdir.

✔ Agentlik tərəfindən “Azərbaycan Turizm Bürosu” və “Qoruqlarınİdarəetmə Mərkəzi” publik hüquqi şəxslərə 2023-2024-cü illər üzrəvəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi vəhəmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonundaümumilikdə auditlə əhatə olunan dövr ərzində 18500,0 min manatməbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlaraköçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarınınvahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdənyayınmışdır.

✔ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunununtələbi pozularaq Agentlik tərəfindən vəsaitlərin akkreditivhesablarda saxlanılmasına yol verilmişdir. Belə ki, Agentliktərəfindən bəzi hallarda vəsait büdcəyə qaytarılmamışdır.Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3089,7 min manatı2022-ci ildə, 8789,2 min manatı 2023-cü il ərzində yerinəyetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilinsonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cüil ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqlacəmi 43,5 min manatı büdcəyə qaytarılmışdır.

✔ Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabitmühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərinəməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsasvəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorialorderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiqcədvəl proqramının köməyi ilə həyata keçirilmişdir. Bu, öznövbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasınaşərait yaratmışdır.

✔ Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpaişləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetadanəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərindəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavəvəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlətvəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunmuşdur.

✔ Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzihallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu vəmüqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlətvəsaitinin icrasına səbəb olmuşdur.

✔ Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması,eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatlarınyerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədəisə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərmiş vəvəsaitlərin vaxtında icra edilməsi imkanlarınıməhdudlaşdırmışdır.

Seçilən
47
49
az.trend.az

10Mənbələr