AZ

Bir qrup dərman vasitələrinin qiyməti tənzimlənib

Bakı. Trend:

Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbətiiclası keçirilib və müvafiq qərar qəbul edilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda yeni dövlətqeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı hədditəsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağısalınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərmanvasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ciil 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalaravə Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilətəsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı,dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərəalınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərmanvasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internetsaytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində(http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərar 07.07.2025-ci il tarixindən qüvvəyə minir. Qərarla Tarif(qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranınqərarları” bölməsində tanış olmaq olar.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövləttənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidməthaqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır.Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət)Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirininmüavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf vənəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini,səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək vəəhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsisədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsisədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədriŞuranın üzvləridir.

Məqalədə:
Seçilən
15
17
az.trend.az

10Mənbələr