AZ

Bu kənddə ölmək "qadağan"dır - Maraqlı ənənə

İspaniyanın Lanjaron kəndində 26 il əvvəl qəbul edilən qeyri-adi qərar yenidən gündəmə gəlib. Təxminən 4 min nəfərin yaşadığı bu kənddə 1999-cu ildə o zamankı bələdiyyə sədri Xose Rubio tərəfindən məzarlığın dolması səbəbilə “ölüm qadağası” elan edilib. Aradan illər keçməsinə baxmayaraq, bu qərar hələ də rəsmi şəkildə qüvvədədir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qərar rəsmi bildirişlə elan olunub.

 

Bildirişdə qeyd olunurdu ki, bələdiyyə hələlik yeni məzarlıq üçün uyğun ərazi ala bilmədiyi üçün sakinlərin sağlamlıqlarına maksimum diqqət göstərməsi tələb olunur. Sənəddə “Lanjaron kəndində ölmək artıq qadağandır” ifadəsi yer alıb.


Məzarlığın dolmasına baxmayaraq, genişləndirmə işləri aparıla bilmədiyindən bələdiyyə rəhbərliyi bu qərarı müvəqqəti tədbir kimi təqdim edib. Sabiq bələdiyyə başçısı Xose Rubio isə həmin vaxt açıqlamasında qərarın simvolik xarakter daşıdığını və insanların diqqətini bu problemə yönəltmək məqsədi daşıdığını bildirib. O, “Mən sadəcə bir bələdiyyə başçısıyam, üstümdə Tanrı var. Hər şeyi o idarə edir”, – deyə vurğulayıb.


Bu qərar illər keçdikcə kəndin simvolik ənənəsinə çevrilib. Sakinlər arasında zarafatla qarışıq şəkildə qəbul olunan “ölüm qadağası”na könüllü şəkildə riayət edildiyi qeyd olunur. Hazırda kənddə hələ də yalnız bir məzarlıq mövcuddur. Onun genişləndirilib-genişləndirilmədiyi isə hələlik məlum deyil.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
10
2
sfera.az

3Mənbələr