“A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə (“akart”) icrası məcburi göstəriş verilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində “A-Solutions Elektron Pul Təşkilatı” MMC tərəfindən 01 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatlarının aparılması faktları aşkar edilib.
Bildirilir ki, bu əsasla təşkilata VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada pul köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilmişdir.
Xatırladaq ki, “A-Solutions Elektron Pul Təşkilatı” 2024-cü ilin mayında AMB-dən lisenziya əldə edib.