AZ

Oğurlanmış saatlarına iki ildən sonra qovuşdu

Çili polisi ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndələrinə amerikalı aktyor Kianu Rivzin 2023-cü ildə Los-Ancelesdəki evindən oğurlanmış saatını təhvil verib.

"Unikal" xəbər verir ki,  bu  barədə ABŞ-nin Santyaqodakı səfirliyi məlumat yayıb. 

"ABŞ-nin Santyaqodakı səfirliyində keçirilən qısa mərasimdə FTB nümayəndələri Çili polisindən amerikalı aktyor Kianu Rivzə məxsus əşyaları alıblar. Onlar sahibinə qaytarılacaq", - deyə məlumatda bildirilir.

Saatlar 2024-cü ilin dekabrında Çilidə polisin keçirdiyi reyd zamanı tapılıb. Axtarış zamanı ümumilikdə 17 saat ələ keçirilib. Aksesuarlardan birinin üzərində Rivzin adı həkk olunmuşdu. Çili hüquq-mühafizə orqanları daha sonra müsadirə edilən saatlardan altısının aktyorun sahibi olduğunu və onların hamısının sahibinə qaytarılacağını müəyyən edib. Rivzin evi 2023-cü ilin dekabrında qarət edilib.

Gülayə Mecid

Seçilən
13
1
unikal.az

2Mənbələr