AZ

​Süni intellektin məhkəmədə hakim kimi rol alması mümkündür? -

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı izləyicilərin ixtiyarına verilib.Metbuat.az xəbər verir ki, bu dəfə layihənin qonağı Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vüsal Cəfərov olub. Qısa, dinamik və maarifləndirici formatı ilə seçilən layihədə qonağa hüquq sahəsi ilə bağlı aktual məsələlərdən tutmuş şəxsi fikirlərinə qədər müxtəlif mövzuları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala 1 dəqiqəlik cavab limiti verilişin ritmini qorumaqla yanaşı, onun həm informativ, həm də izləyici üçün rahat izlənilən olmasına şərait yaradır.Buraxılışda vəkil Vüsal Cəfərov hüquqi fəaliyyəti dövründə qarşılaşdığı maraqlı hadisələrdən, vəkil peşəsinin çətinlik və məsuliyyətlərindən bəhs edib. Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi təkcə peşəkar hüquqşünasların təcrübəsini izləyicilərə çatdırmaqla kifayətlənmir, eyni zamanda hüquqi maarifləndirmə missiyası daşıyaraq cəmiyyətin hüquqi mədəniyyətinin inkişafına töhfə verməyi hədəfləyir.


Seçilən
9
1
metbuat.az

2Mənbələr