“O mənə gecə yatmağa imkan vermir”.
Avtosfer.az xəbər verir ki, bu açıqlama ilə “Ford” şirkətinin baş direktoru Cim Ferli çıxış edib. Əhvalat belə olub.
Ferli sınaq üçün aldığı BYD elektromobilini bir müddət sürdükdən sonra mühəndislərinə onu söküb öyrənməyi tapşırıb (əslində bu, geniş yayılmış praktikadır – müəl.). Məqsəd çinlilərin istehsal tempini və sürətini öyrənmək olub.
Nəticələr iş adamını şoka salıb: “Mənim yuxumu qaçıran çinlilərin innovasiya sürətidir” – deyə Ferli bildirib.
İş adamı bildirir ki, Avropa və ABŞ-da 5 ilə istehsala tətbiq edilən texnologiyanı çinlilər ən geci il yarıma tətbiq edirlər. Qərb ölkələri daha kiçik zavodlara və az işçi qüvvəsinə əsaslanan istehsalat modelinə keçməlidir.
Vüqar