“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) qapıçısı Filip Sidklevlə yolları ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı qolkiper Qətərin II Liqa klubu “Əl Biddə”yə keçib.
Sidklev 2024-cü ildən “Aris”in formasını geyinirdi.
“Araz-Naxçıvan” “Aris”i ilk oyunda 2:1 hesabıyla məğlub edib. Cavab görüşü sabah Yunanıstanda olacaq.