AZ

"Turkish Airlines"in təyyarəsində tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib

Antalyada "Turkish Airlines"in təyyarəsində tüstülənmə baş verib, sərnişinləri təxliyə edilib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul-Antalya reysini yerinə yetirən "Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.

Hadisə təyyarə uğurla eniş etdikdən sonra Antalya hava limanında baş verib. Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.

Təhlükəsizliyi təmin etmək üçün sərnişinlər traplar vasitəsilə təyyarədən təxliyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb

Seçilən
66
6
yeniazerbaycan.com

10Mənbələr