Malta Baş naziri Robert Abela ölkəsinin sentyabr ayında Fələstini rəsmi şəkildə tanıyacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Baş nazir sosial media hesabında paylaşdığı mesajda bildirib:
“Bu mövqeyimiz, Yaxın Şərqdə davamlı sülh üçün göstərilən səylərə bağlılığımızı əks etdirir”.
Malta hökuməti daha əvvəl, may ayında, Fələstini tanıma planlarını elan etmiş və bunun iyun ayında BMT-də keçiriləcək konfransda baş tutacağını bildirmişdi. Lakin həmin konfrans təxirə salınmışdı.
Ada dövləti uzun illərdir Fələstin məsələsinə dəstək verir və iki dövlətli həll yolunu müdafiə edir.
Xatırladaq ki, may ayında İrlandiya, Norveç və İspaniya da Fələstini müstəqil dövlət kimi tanıdıqlarını açıqlamışdılar.