AZ

Miqrantların sərhəddən keçirilməsini təşkil edən 3 nəfər SAXLANILDI

Gürcüstan Sərhəd Polisi miqrantların sərhəddən keçirilməsini təşkil edən 3 nəfəri saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Hakimin qərarına əsasən, Sərhəd Polisi əməkdaşları təqsirləndirilən şəxslərə miqrantın daşınmasına görə pul ödəyib və hər şeyi audio və videoya çəkiblər.

Plana görə, Gürcüstan vətəndaşı və iki əcnəbi yük maşınının gizli bölməsində Sarpi keçid məntəqəsindən Türkiyəyə bir nəfəri aparmalı idi.

İndi müttəhimləri 8 ildən 15 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
13
interpress.az

1Mənbələr