İngiltərənin "Sanderlend" klubu isveçrəli yarımmüdafiəçi Qranit Cakanın transferini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi "Bayer 04"dən transfer olunan İsveçrə yığmasının 32 yaşlı yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Q.Caka 2023-cü ildən Bundesliqa klubunun formasını geyinirdi.